Kiçik Akademiya

19 aprel 2018-ci il tarixində liseyin Kiçik Akademiyası özünün növbəti 26-cı seminarını keçirmişdir. Bu seminarı da məktəblərarası seminar kimi qəbul etmək olar. Belə ki, 178, 47, 39, 304 nömrəli məktəbin şagird və müəllim heyyəti, eləcə də bizim liseyin şagird, müəllim və direktoru K.Mirzoyeva iştirak etmişdirlər. Lisey və məktəblərin şagirdləri bu tədbirdə öz təqdimatlarını etmişdirlər.

Seminarda 178 №-li məktəbdən Abbasova Nilgün  “Ümumdünya Sağlamlıq günü” mövzusunda çıxış etmiş və müəllimləri İmaməliyeva Z., Qurbanova Z. iştirak etmişdirlər. Eləcə də 39 №-li məktəbdən Şıxməmmədbəyova Simuzər “Sağlam həyat tərzi” mövzusunda çıxış etmiş, müəllimləri Hüseynli Y., Məmmədova M., Əbdülqasımzadə H., 47 №-li məktəbdən Səmədov İsmayıl və Kərimov Camal “Yerin çirklənməsi və bu problemin həlli yolları” mövzusunda çıxış etmiş, müəllimlərdən isə İsrəfilova M., 304 №-li məktəbdən Qasımlı Cavid “Su ehtiyatları” mövzusunda çıxış etmiş, müəllimlərdən isə Quliyeva A. iştirak etmişdirlər.

Bizim liseyin 8 “Ç” sinif şagirdi İsmayılova Nilufər “Stress və depressiya” mövzusunda çıxış etmişdir. Seminar zamanı 7-ci sinif şagirdi Abbasova Nuray öz rəsm əsərlərini nümayiş etdirmiş, Məmmədzadə Rəhimə isə “Qurban adına” mahnısını ifa etmişdir. Seminar diskussiya şəraitində çox maraqlı keçmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi