"Vətənimi və təbiəti sevirəm" müsabiqəsinin qaliblərinin mükafatlandırılması

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil sektorunda İctimaiyyətlə əlaqələrin inkişafı üzrə Koordinator Elçin Sərdarovun, "Yaşıl qələm" təhsil şəbəkəsinin və 291 № li Ekologiya liseyinin birgə hazırladığı "Vətənimi və təbiəti sevirəm" adlı layihəsi oktyabr ayında öz işinə başlamışdı. Layihənin şərtlərinə əsasən vətən, tarixi abidələr, ekologiya, təbiət və.s mövzularla bağlı esse və rəsm müsabiqəsi keçirilməli idi. Liseyin şagirdləri böyük maraq və həvəslə bu layihədə iştirak etdilər. 29 dekabr 2015-ci il tarixdə müsabiqəyə yekun vuruldu. Bu münasibətlə liseydə qaliblərin mükafatlandırılması üçün tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin Təhsil sektorunda İctimaiyyətlə əlaqələrin inkişafı üzrə Koordinatoru Elçin Sərdarov, Azərtac Uşaq Bilik Portalının şöbə müdiri Elşən Şahbalayev, Azərtac Uşaq Bilik Portalının rəhbəri Nigar Hüseynova, Azərtac Uşaq Bilik Portalının əməkdaşları Elvira Sərdarova, Gözəl Ağayeva, liseyin direktoru Sevinc Orucova, tərbiyə işləri üzrə direktor müavini Zeynəb Qasımova, Uşaq Birliyinin Rəhbəri Ətlaz Zeynalova, müsabiqənin iştirakçıları və onların valideynləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə IX sinif şagirdi Ağaməmmədova Səma açaraq qonaqları, tədbir iştirakçılarını salamladıqdan sonra söz liseyin direktoru Sevinc Orucovaya verilmişdir. Sevinc xanım qonaqlara liseyin fəaliyyəti haqqında qısa məlumat verdikdən sonra çıxış üçün söz Elçin Sərdarova təqdim edildi. O, öz çıxışında layihənin mahiyyətindən danışaraq liseyin şagirdlərləri ilə bundan sonra da əməkdaşlıq edəcəyini bildirdi. Uşaq Bilik Portalı haqqında Gözəl Ağayeva ətraflı məlumat verdi və şagirdləri bu portaldan yararlanmağa dəvət etdi. Sonda hər iki nominasiya üzrə I,II,III yerin qalibləri diplom və hədiyyələrlə, iştirakçılar isə sertifikatla təltif edildi. Azərtac tərəfindən tədbirin foto və video çəkilişləri aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi