Kiçik akademiyanın "Aprel döyüşləri"nə həsr edilmiş seminarı

04 aprel 2018-ci il tarixində liseydə Kiçik Akademiyanın  24-cü seminarı keçirilmişdir. Seminarda qonaq qismində 47 №-li məktəbin riyaziyyat müəllimi Bayramova Həcər, 178 №-li məktəbin fizika müəllimi İmaməliyeva Zeynəb, 39 №-li məktəbin direktor müavini Rəhimova Könül eləcə də liseyimizin direktoru Mirzoyeva Kəmalə, tarix müəllimi Ağayeva Şəfiqə, eyni zamanda məktəb və liseyin şagird heyyəti, ADPU-nin müəllimləri,  təcrübəçi tələbələri aktiv iştirak etmişdirlər.

“31 Mart Azərbaycanlıların Soyqırım”ı və ”Aprel döyüşləri”- mövzularına həsr olunmuş seminarı liseyin biologiya müəllimi, biologiya fənni üzrə fələsəfə elmlər doktoru Məmmədov Ariz açıq elan etmişdir.

“31 Mart Azərbaycanlıların Soyqırım”ı və ”Aprel döyüşləri”nə həsr olunmuş seminar diskussiya şəraitində keçmişdir. 47 №-li məktəbin 8-ci  sinif şagirdi Məmmədli Fidan, 178 №-li məktəbin 10-cu  sinif şagirdi Abbasova Nurgül, 39 №-li məktəbin 11-ci sinif şagirdi Kərimov Ərəstun və 9-cu  sinif şagirdi  Mirzəyeva Gülnarə çıxış etmişdirlər. Şagirdlərin məruzələri seminar iştirakçılari arasında böyük maraq doğurmuşdur, bir sıra maraqlı faktlar üzə çıxarılmış, videolar, fotolar nümayiş etdirilmişdir.

            Müzakirədə liseyin 7-ci sinif şagirdi Əliyeva Nəzrin çəkdiyi rəsmi təqdim etmiş, Xəlilova Sevil isə “Sevgili canan” romansını ifa etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi