Liseydə ekoloji seminar

23 dekabr 2015-ci il tarixdə liseydə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən təşkil edilmiş seminar keçirilmişdir. Seminarda Departamentin direktoru Əlişah Rəcəbov “Ətraf mühitin mühafizəsi hamımızın borcudur” mövzusunda çıxış etmişdir.Departamentin əməkdaşı Tərlan Məmmədov qeyd etdi ki, ətraf mühiti qorumaq, təbiətə humanist münasibət göstərmək hər kəsin vətəndaşlıq borcudur. Departamentin məsləhətçısi Nazim Məmmədov bildirdi ki, seminarın keçirilməsində məqsəd ətraf mühit problemlərinin həllində vətəndaş fəaliyyətini gücləndirmək, ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarını gənc nəsil arasında təbliğ etməkdən ibarətdir. Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi