Kiçik Akademiyanın növbəti seminarı
07 fevral 2018-ci il tarixdə liseydə “Kiçik Akademiya”nın 15-ci seminarı keçirilmişdir. Seminarda 11 “A” sinif şagirdi Zeynallı Arzunun “Şah İsmayıl Xətai şair və ictimai dövlət xadimi kimi” adlı məruzəsi dinlənildi. Məruzədə Ş.İ.Xətainin Azərbaycan ədəbiyyatındakı mövqeyi və ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumat verildi. Onu da qeyd etmək lazımdır ki, məruzəçi elmi işini hazırlayarkən H.Zeynalabidinin ev muzeyində olmuş və Səfəvi dövləti ilə bağlı mənbələrdən isifadə etmişdir.
Sonda məruzəçiyə yönləndirilmiş suallar əhatəli şəkildə cavablandırıldı.