”Sağlam bədəndə sağlam ruh olar!” adlı tədbir keçirildi
14.12.2015-ci il tarixdə liseydə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar IX-XI sinif şagirdlərinin iştirakı ilə ”Sağlam bədəndə sağlam ruh olar!” adlı tədbir təşkil olunmuşdur.Tədbirdə liseyin biologiya müəllimi, biologiya elmləri namizədi Ariz Məmmədov mövzu ilə bağlı mühazirə söyləmış, liseyin 9-cu sinif şagirdi Əsli Daşdəmirova “Zərərli vərdişlər” mövzusunda çıxış etmişdir. Liseyin GÇH müəllimi Fərrux Salamov öz çıxışında bildirmişdir ki, bugünkü nəsillərin sağlam böyüməsi dövlətin gələcəyi üçün başlıca şərtdir. Tədbirdə iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Gülbahar Abbasova şagirdlərə heç kimin təsiri altına düşməməyi və onlara iradəli olmağı tövsiyə etmişdir. Sonda mövzu ilə bağlı video-çarx nümayiş etdirilmişdir.