65 illik yubiley

16 yanvar 2018 ci il tarixdə liseyin  tarix müəllimi Larisa Stankunasın 65 yaşı tamam olmuşdur. Liseyin direktoru Kəmalə Mirzoyeva başda olmaqla kollektiv Larisa xanımı 65 illik yubileyi  münasibəti  ilə təbrik etmiş, onu böyük  hörmət və səmimiyyətlə təqaüdə yola salmışlar. Təqaüdə çıxmasına baxmayaraq liseyin  Larisa xanıma həmişə ehtiyacı olmasını onun diqqətinə çatdırmış və bundan sonra da onunla əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmişlər. O da öz növbəsində bu isti münasibət üçün minnətdarlığını bildirmiş və 24 il çalışdığı kollektivi heç zaman unutmayacağını, tez-tez doğma kollektivi ziyarət etmək üçün liseyə gələcəyini bildirmişdir.

Bir daha yubileyiniz mübarək Larisa xanım!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi