Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi
11.12.2015-ci il tarixdə liseydə ilk dərslər Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuşdur. Bütün siniflərdə ümummillli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilmiş, fənn müəllimləri bu əfsanəvi şəxsiyyətin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat vermişlər. Müasir Azərbaycan dövlətinin qurucusu olan dahi insanın zəngin irsinin inkişafda və əbədi olacağı vurğulanmışdır.Bundan əlavə VIII və IX sinif şagirdlərinin iştirakı ilə “Sən elə bir zirvəsən” adlı tədbir keçirilmişdir. Tədbiri təşkilati işlər üzrə direktor müavini Zeynəb Qasımova açaraq Ulu Öndərin tarixi xidmətlərindən danışmışdı. Onun həyat və fəaliyyətinin tədqiqat üçün tükənməz mövzu olduğunu bildirdi. Sonra liseyin tarix müəllimləri Şəfiqə Ağayeva, Ziyafət Nəcəfova, azərbacan dili və ədəbiyyatı müəllimi Tamara Məmmədova, ingilis dili müəllimləri Nəzakət Salahova və Gülarə Əliyeva mövzu ilə bağlı dolğun çıxışlar etmişlər. Liseyin IX a sinif şagirdi Zeynallı Arzu görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyatı və Azərbaycan xalqına misilsiz xidmətlərindən bəhs edən təqdimatla çıxış etmişdir. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.