"Xalqımızın qan yaddaşı" adlı dəyirmi masa
09 yanvar 2018-ci il tarixdə liseydə, psixoloq Ağasıyeva Dilbər tərəfindən 8-ci siniflərin və müəllimlərin iştirakı ilə “20 Yanvar” hadisələrinə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir. Tədbirin əvvəlində şəhidlər 1 dəqiqəlik sükutla anılmış və onların müqəddəs ruhlarına rəhmət deyilmişdir. Dəyirmi masa ətrafında müəllim və şagirdlər “20 Yanvar” hadisələri barədə fikirlərini deyib, baş vermiş hadisəyə öz münasibətlərini bildirmişdirlər.
20 Yanvar xalqımızın hüzn və matəm günüdür. Bizim hər birimiz hətta özümüzü unuda bilərik, amma xalqımızın qanlı tarixinə yazılmış belə ağrılı-acılı günü unutmağa haqqımız yoxdur. Tarixi ancaq oxumaq yox ondan ibrət götürmək lazımdır. 20 Yanvar hadisələri bir xalq kimi bizim əzmimizi, dəyanətimizi, fədakarlığımızı, birliyimizi bütün dünyaya tanıtdı. Düşmənimizi tanıdıq, sərvətimizə sahib olduq, müstəqillik qazandıq.