Narkomanlığa qarşı mübarizəyə dair tədbir

Liseydə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tədbirlərin keçirilməsi davam edir. 29 dekabr 2017-ci il tarixdə liseydə məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırmanın təmin olunması məqsədilə şagirdlərin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Nərimanov RPİ-nin bölmə rəisi, Yeniyetmələrlə iş üzrə bölmə inspektoru çıxış edərək zərərli vərdişlərin törətdiyi fəsadlardan söz açmış, statistik rəqəmlərə əsaslanaraq onlardan zərərçəkənlərin və dünyasını dəyişənlərin sayını açıqlamışlar. Tədbirin sonunda liseyin direktoru K.Mirzoyeva şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılmasında təhsil ocaqlarının istisna rolundan söhbət açdı və qonaqlara şagirdlərə verdikləri dəyərli məsləhətləri üçün, apardıqları maarifləndirmə işləri üçün öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi