Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş açıq dərs

.27 dekabr 2017-ci il tarixdə liseydə ilk Azərbaycan professional qadın müğənnisi Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilmiş açıq dərslər keçirilmişdir. Ş.Məmmədovanın həyat fəaliyyəti və yaradıcılığı barədə şagirdlərə dolğun məlumat verildi. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumunun açılması, not nəşriyyatının təsis edilməsi barədə danışıldı. Açıq dərslərin sonunda şagirdlərin sualları cavablandırıldı və video çarx izlənildi.