Liseydə “Açıq qapı” günü

7-22 dekabr tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş məktəblərin qabaqcıl təcrübəsinin təbliğ və tətbiq olunması istiqamətində açıq qapı günlərinin həyata keçirilməsi planlaşdırılmışdır. “Açıq qapı” günlərinin təşkil edilməsi bütün Bakı məktəblərini yerləşdiyi rayon üzrə uğurlu nəticələr əldə etmiş məktəblərin mövcud təcrübələri ilə tanış etmək məqsədi daşıyır. Nərimanov rayonu məktəbləri arasında 291 №-li Ekologiya liseyi daha çox nəticələr əldə etmiş qabaqcıl məktəblərdən biri olduğu üçün “Açıq qapı” günü bu tədris ocağında keçirilib. “Açıq qapı” günündə Təhsil Nazirliyinin əməkdaşları, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva, İnkişaf Layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, İnkişaf Layihələri sektorunun məsləhətçisi Gülşən Hüseynli, Nərimanov rayonunda yerləşən məktəblərin direktorları, təşkilat işləri üzrə direktor müavinləri, psixoloqlar, dəqiq fənnlər üzrə metodbirləşmə sədrləri iştirak edirdilər. Liseyin direktoru Sevinc Orucova “Tədrisin təşkili və keyfiyyətə nəzarət”, psixoloqu Ağasiyeva Dilbər “Məktəbdə psixoloji xidmət və zəif nəticə göstərən şagirdlərlə işin təşkili, təşkilatçı müavini Zeynəb Qasımova “ Məktəbdənkənar fəaliyyətin tədrisin keyfiyyətinə təsiri “ mövzusunda təqdimat etmişlər. “ Təhsil sisteminin inkişaf strategiyasında icmanın rolu “ mövzusunda İcma layihəsinin icraçı təşkilat nümayəndəsi Ülvi Ağayev və Təhsil Nazirliyinin nümayəndəsi İlahə Rəsulova təqdimat etdilər. Riyaziyyat, fizika, kimya, biologiya, informatika fənnləri və ibtidai təhsil üzrə açıq dərslər verilmişdir.Təqdimat və açıq dərslərdən sonra müzakirələr olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi