Kiçik Akademiyanın növbəti seminarı

13 dekabr 2017-ci il tarixində liseyin Kiçik Akademiyasında növbəti seminar keçirilmişdir. Seminarda liseyin direktoru K.R.Mirzoyeva, təşkilati işlər üzrə direktor müavini Z.Qasımova, müəllim və şagirdlər iştirak etmişdirlər. Seminarı Kiçik Akademiyanın sədri A.Məmmədov açmışdır. İlk olaraq çıxış etmək üçün 9 “C” sinif şagirdi İbrahimova Rənaya söz verildi. Məruzənin mövzusu “Yatmış pələngə oxşar yarımada ölkələri” idi. İş slaydlar şəklində təqdim olundu. Məruzəçi müəllim və şagirdlərin suallarını cavablandırdı. Seminarın sonunda liseyin direktoru çıxış elədi.