Əbədiyyətə qovuşan ömür

12 dekabr 2017 -ci il tarixində liseydə ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə bağlı "Əbədiyyətə qovuşan ömür" adlı tədbir və açıq dərslər keçirilmişdir. Bundan əlavə ilk dərslər və sinif təşkilat saatları dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuşdur. Liseyimizin şagird  və müəllim kollektivinin də iştirak etdiyi tədbirdə direktor Kəmalə Mirzoyeva çıxış edərək Heydər Əliyevin müstəqil Azərbaycanımızın yaranması, inkişafı, çiçəklənməsi və dünya ictimaiyyəti tərəfindən tanınması üçün gördüyü işlərdən danışdı. Azərbaycanın və xalqın hər bir zəfərinin ulu öndərin adı ilə bağlı olduğunu vurğuladı. Daha sonra ulu öndər bir dəqiqəlik sükutla anıldı.

Açıq dərslərdə şagirdlər ulu öndərin həyat və yaradıcılığı barədə slaydlar vasitəsi ilə müxtəlif məlumatlarla çıxış etdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutub. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır” . Xəbərimizi ümummilli liderimizin sözləri ilə yekunlaşdırırıq.

«Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.»

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi