“Peşə profilinin müəyyənləşdirilməsi” layihəsi

Liseyimizdə 100 nəfər şagirdlə, VIII-IX siniflərlə “Peşə profilinin müəyyənləşdirilməsi” layihəsi keçirildi. Şagirdlərin meyl-maraqlarının müəyyənləşdirilməsi üçün xüsusi metodikalar aparıldı, peşəyönümü üzrə maarifləndirildi. Oyunlar vasitəsilə şagirdlərdə təşkilatçılıq, təşəbbüskarlıq və s. xüsusiyyətlər müşahidə olundu. Taleyüklü məsələ olan “Peşə Profilinin müəyyənləşdirilməsi” layihəsi düzgün peşə seçiminin nə qədər vacib olduğunu bir daha anlatdı.