Nəğmə dolu bir ürəyəm

 

 29 noyabr 2017-ci ildə UBR Ə.Zeynalova və liseyin musiqi müəllimi G.Muxtarovanın təşkilatçılığı ilə ölməz sənətkar, Azərbaycan vokal sənətinin mahir ifaçısı Murtuza Məmmədov yəni “Bülbül”ün 120 illik yubileyinə həsr olunmuş “Nəğmə dolu bir ürəyəm” adlı musiqili-ədəbi kompazisiyası keçirilmişdir.

Tədbirdə tamaşaçılara Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verildi, Bülbülün ürəkləri riqqətə gətirən mahnıları səsləndirildi. Şagirdlər milli musiqi alətlərində Bülbülün repertuarından əsərlər səsləndirdilər. Eyni zamanda şagirdlər “Sevgili canan”, “Sənsiz” romanslarını məharətlə ifa etdilər. Tədbir sonda Bülbülün “Koroğlu” operasında səsləndirilən ariyası ilə yekunlaşdı.

-Bəli, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var onun zirvələri fəth edən mahnıları da yaşayacaq. Musiqimiz yaşadıqca dahi Bülbülün ecazkar səsi də yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi