"İlin ən yaxşı müəllimi" müsabiqəsinin II mərhələsi keçirilmişdir.

02.12.2015-ci il tarixdə 291№ li Ekologiya liseyində "İlin ən yaxşı müəllimi" müsabiqəsinin II mərhələsi keçirilmişdir. Müsabiqədə biologiya fənni üzrə iştirak edən Bakı şəhər Qaradağ rayonunun 233 № li müəllimi Samirə Musayevanın, Gəncə şəhər 22 № li məktəbin müəllimi Aynurıə Orucovanın və İsmayıllı rayon 1№ li məktəbin müəllimi Leyla Babayevanın aşağıdakı mövzular üzrə dərsləri dinlənilmişdir. 1.Damarlarımızdakı qan və onun hərəkəti- Orucova Aynurə (Azərbaycan bölməsi)2.Dərman bitkiləri və onların müalicəvi əhəmiyyəti- Babyeva Leyla (Azərbaycan bölməsi)3.Damarlarımızdakı qan və onun hərəkəti- Musayeva Samirə( Rus bölməsi)Dərslərdə liseyin direktoru Sevinc xanım Orucova, təlim-tərbiyə işləri üzrə direktor müavini Afər xanım Əliyeva, biologiya müəllimləri İradə Xanım Zöhrabova və biologiya elmləri namizədi Ariz Məmmədov iştirak etmişlər. Namizəd müəllimlərin dərsləri müzakirə edilmiş və obyektiv qiymətləndirilərək yekunlaşdırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi