“Mənim yaşıl şəhərim” iməclik aksiyası

    22 noyabr 2017-ci il tarixdə 291 saylı “Ekologiya” liseyində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Mənim yaşıl şəhərim” layihəsinin iməclik aksiyası və bağlanış mərasimi keçirilmişdir.

    Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Ülvi Adıgözəlov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, 291 saylı “Ekologiya” liseyinin direktoru Kəmalə Mirzoyeva, "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev, məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak etmişlər.
İlk olaraq liseyin direktoru Kəmalə Mirzoyeva qonaqları və məktəbliləri salamladı, "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin gələcək fəaliyyətində uğurlar arzuladı.

    Sonra çıxış edən "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Teymur Mustafayev layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında ekoloji mühitin formalaşdırılması, ətraf mühitin qorunması, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə ekoloji aksiyaların təşkil edilməsindən ibarətdir. Təlimçi qeyd etdi ki, elm və təcrübə onu göstərir ki, böyük şəhərlərin ətraf mühitinin yaşıllaşdırılmasının problemlərini parkların, bağ və bağçaların yaşıllaşdırılmasının bir hissəsi həll edə bilər. Yaşıllıqların hava məkanının sağlamlaşdırılmasında, iqlimin yaxşılaşdırılmasında, xüsusən Bakı və Abşeron yarımadası üçün çox böyük əhəmiyyəti vardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi