Şəhər müşavirəsi keçirildi.
28.11.2015-ci il tarixdə Bakı şəhər Binəqədi rayonunda yerləşən 276 nömrəli məktəbdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bilik günündə 148 npmrəli tam orta məktəbin açılışı mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrasına həsr olunmuş rəhbər pedaqoji işçilərin şəhər müşavirəsi keçirildi. Müşavirədə Bakı Şəhər üzrə Təhsil İdarəsinin, Gənclər və İdman İdarələrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinin nümayəndələri iştirak edirdi.Sözügedən müşavirədə 291 nömrəli Ekologiya liseyinin direktoru Sevinc xanım Orucova çıxış edərək məktəb rəhbərlərinin qarşısında duran daha böyük vəzifələrin olduğunu, onların öz işlərinə daha da məsuliyyətlə yanaşmalarını söylədi. Sevinc Orucova Azərbaycan Respublikası Prezidentinin çıxışına istinadən bildirdi ki, gənclərin sabaha layiqli övlad kimi vətəndaş kimi hazırlanmasında məktəbin rolu danılmazdır. Bunun üçün pedaqoji işçilər öz diqqət və qayyğısını gənclərə daha da artırmalı, hər tərəfli maarifləndirmə işini gücləndirməlidir.