“Ölkəmizi tanıyaq” tur-aksiyası

    Artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif  bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.

    “Ölkəmizi tanıyaq” layihəsi ilə şagirdlərimiz respublikamızın müxtəlif  bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı qazanırlar. Liseyimizin 11-ci sinif şagirdləri  “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində  16-19 noyabr 2017-ci il tarixində Azərbaycanın gözəl guşəsi olan Lənkəran, Astara və Masallı rayonlarına səyahət etmiş və orada qədim tarixi və mədəniyyət abidələri, regionumuzun müasir simasını əks etdirən Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, gənclər mərkəzi, Bayraq meydanı, rəsm qalereyası və s. məkanlarla tanış olmuşlar. Liseyimizin şagirdləri səyahət zamanı təşkil olunmuş bilik yarışmasında 3-cü yerin qalibi olaraq diplom ilə qayıtmışdırlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi