Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir

30 noyabr 2015-ci il tarixdə liseydə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm?” adlı dəyirmi masa keçirilmişdir.Tədbirdə liseyin təşkilat işləri üzrə direktor müavini Zeynəb Qasımova, fənn müəllimləri və IX-X sinif şagirdləri iştirak etmışlər. Tədbiri giriş sözü ilə açan Zeynəb Qasımova ölkəmizdə tolerantlığın necə yüksək səviyyədə olmasından, dövlət səviyyəsində bütün dini məbədlərə göstərilən qayğıdan, bütün dinlərin nümayəndələrinə ayrıseçkilik qoyulmadan hörmətlə yanaşılmasından danışdı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 148 №-li məktəbin açılışı zamanı söylədiyi nitqindəki tolerantlıqla bağlı məqamları da dəyirmi masa iştirakçılarının nəzərinə çatdırdı. Sonra şagird və müəllimlər arasında mövzu ilə bağlı müzakirələr aparıldı. Hər kəs öz fikrini əsaslandıraraq tolerantlıq haqqında maraqlı mülahizələr irəlı sürdü. Sonda belə nəticəyə gəlindi ki, hər hansı bir dinə elmi cəhətdən yanaşmaq və ona hörmət etmək lazımdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi