"Olimpiya Hərəkatı" proqramı çərçivəsində Nərimanov rayonu üzrə birincilikdə liseyin basketbol(3x3) komandası II yerə layiq görülmüşdür
Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə əmrinə əsasən məktəblilər arasında Bakı şəhər birinciliyi keçirilir. 27.11.2015-ci il tarixdə 45 saylı məktəbdə keçirilən yarışda, "Olimpiya Hərəkatı" proqramı çərçivəsində Nərimanov rayonu üzrə birincilikdə basketbol(3x3) idman növündə liseyin komandası II yerə layiq görülmüşdür. Liseyin fiziki tərbiyə müəllimlərinin Ələkbərova Yelizaveta və Mehdiyev Muradın rəhbərlik etdiyi komanda kubok və diplomlarla təltif edilmişdir. "Olimpiya Hərəkatı" proqramı çərçivəsində həmçinin veloidman, atletika, badminton idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulmuşdur.