Konstitusiya günü
Liseydə tarix aylığı öz işini davam etdirir. Bayraq gününə həsr olunmuş tədbirdən sonra 10 noyabr 2017-ci il tarixdə Konstitusiya gününə həsr olunmuş açıq dərs keçirilmişdir. Açıq dərs 8"С" sinfində liseyin tarix müəllimi Nəcəfova Ziyafət tərəfindən aparılmışdır. Dərsdə bütün sinif fəal iştirak edərək Konstitusiya gününün yaranma tarixindən, onun Azərbaycan cəmiyyətində rolundan ətraflı danışmışlar. Konstitusiya gününün böyük Heydər Əliyev 1 noyabr 1996 - cı ildə fərmanı ilə 12 noyabr Konstitusiya Günü kimi bayram edilməsi xüsusi vurğulandı. Dərsdə liseyin direktoru Kəmalə Mirzoyeva, təlim-tərbiyyə işləri üzrə direktor müavini Sevinc Hüseynova, UBR Ətlaz Zeynalova və digər müəllimlər iştirak etmişdir.