“Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda tədbir
23 oktyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda məktəblilər arasında inşa – yazı və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin və eləcə də liseyimizin müəllim və şagird heyəti iştirak etmişdir. Tədbirdə iştirak edən şagirdlərimizdən 8-ci sinif şagirdləri Ş.Fəzilət və M.Arzu III yerin qalibi olaraq diplom, N.Nurcan fəxri fərman, M.Kənan isə sertifikat ilə təltif edilmişdirlər.