"Hallowen"

Hər il olduğu kimi bu tədris ilində də Ekologiya liseyində ənənəvi olaraq fənn aylığı öz işini davam etdirir. Oktyabrın 5-dən noyabrın 5-dək liseydə Xarici dil fənn aylığı elan edilmişdir. Fənn aylığında sinif otaqları, dəhlizlər şagirdlərin hazırladıqları krossvord, referat, divar qəzetləri, mövzu ilə bağlı rəsm əsərləri və əl işləri ilə bəzədilmişdir. Bu fənn aylığında həmçinin açıq dərslər , dəyirmi masa, müxtəlif əyləncəli tədbirlər keçirilmişdir. Bu müddət ərzində liseyin xarici dil müəllimləri "The digital computers", "Birləşmiş krallıq, Böyük Britaniya", "Əyləncəli ingilis dili", "Ən böyük texnoloji ixtiralar", "Sadə həyatlar, vacib ideyalar" və s. kimi müxtəlif əyəncəli tədbirlər keçirmişlər. Liseyin direktoru Sevinc xanım Orucova 5a və 5c siniflərində "İngiltərədə bayramlar-Hallowen" adlı açıq dərs keçirmişdir. Açıq dərsdə İngiltərənin qorxulu bayramlarından, onların keçirilməsi məqsədindən və bunlarla yanaşı öz milli bayramlarımızın da onlardan fərqli və oxşar cəhətlərindən söhbət açıldı. Açıq dərs "Hallowen" ə aid slydları göstərilməklə başa çatdı. Xarici dil fənn aylığı noyabrın 4-də şagirdlərin mütaliə etdiyi " Charlotte Bronte- Jane Eyre" əsərinin müzakirəsi ilə öz işini bitirəcək.