"Bilik günü"

291 nömrəli Ekologiya liseyi 2017/2018-ci dərs ilinə yeni arzular, yeni hədəflərlə başladı. 15 sentyabr Bilik günü liseyin kollektivi tərəfindən təntənəli şəkildə qeyd olundu, liseyin uğurları sadalandı. Liseyimizin UBR-i tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya göstərildi. Liseyin direktoru Kəmalə Mirzoyeva çıxış edərək liseyin 2016/2017-ci dərs ili üçün qəbul qaydalarının yüksək nəticələrini açıqladı. Liseyin ilk dərsləri Cəbrayıl rayonunun azad olunmuş Cocuq Mərcənlı kəndinə tarixi qayıdışına həsr olundu. Liseyin 9a sinfində dil-ədəbiyyat müəllimi Tamara Məmmədovanın hazırladığı video-rolik göstərildi. Təhsil Naziri Mikayıl Cabbarovun məlum sərəncamına əsasən şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsində, Vətənin müdafiəsinə hazırlıq işində gərəkli istiqamət oldu. Liseyin 4b sinfində də müəllim Leyla Cabbarovanın hazırladığı “Cocuq Mərcanlı bu gün adlı” video-materialı şagirdlərə təqdim olunmuşdur. 2017/2018-ci dərs ilinin “Təhsildə keyfiyyət” ili olduğunu vurğulayan liseyin direktoru Kəmalə xanım bu dərslərin başlanğıc üçün böyük stimul olduğunu liseyin uğurlarının yüksək zirvələrə qalxacağını, əsl Azərbaycan vətəndaşı yetişdirəcəklərini valideyn və şagirdlərə söylədi.