Nərimanov rayonu İcra Hakimiyyətinin 9 aylıq hesabatının yığıncağı keçirilmişdir.

26.10.2015-ci il tarixində Nərimanov rayonu İcra Hakimiyyətinin 9 aylıq hesabatının yığıncağı keçirilmişdir. İclasda müxtəlif təşkilat və idarələrin nümayəndələri 9 aylıq hesabat üçün çıxış etdilər. Sözügedən yığıncaqda 291 №-li Ekologiya Liseyinin direktoru Sevinc xanım Orucova da çıxış edərək rəhbərlik etdiyi təhsil ocağının nailiyyətlərindən, görülən işlərindən, qarşıda duran vəzifələrdən danışdı. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”- müdrik kəlamı ilə öz çıxışına başlayan Sevinc xanım Orucova onu da vurğuladi ki, Ekologiya liseyində rəhbər təyin edildiyi keçən dərs ili bir çox uğurlarla yadda qalmışdir. Belə ki, TQDK-ın IX sinfində apardığı imtahanın yüksək nəticələrinə görə lisey Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Liseyi bitirən məzunların hamısı ali məktəblərə qəbul olmuş, onlardan 10 nəfər 600-dən yuxarı, 11 nəfəri 550-dən yuxarı bal toplamışlar. Lisey Bakı şəhəri üzrə I beşliyə, Nərimanov rayonu üzrə isə I yeri tutmuşdur.2014-2015-ci tədris ilində Ekologiya Liseyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Liseyin direktoru Sevinc xanım Orucova çıxışın sonunda bütün bunları təhsilə göstərilən qayğının nəticəsi olduğunu vurğuladı və gələcəkdə də bu nailiyyətlərin daha da artırılması üçün var qüvvələri ilə çalışacaqlarını bəyan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi