“Təbiətimizi, vətənimizi qoruyaq” adlı layihənin müzakirəsi üçün görüş keçirilmişdir.

19.10.2015-ci il tarixdə liseydə AR Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələrin institusional inkişafı sahəsində koordinatoru Elçin Sərdarovun, liseyin direktoru Sevinc Orucovanın iştirakı ilə “Təbiətimizi, vətənimizi qoruyaq” adlı layihənin müzakirəsi üçün görüş keçirilmişdir. Görüşdə iştirak edən Elçin Sərdarov IV-IX sinif şagirdlərinin layihənin məzmunu ilə tanış etmiş, təşkilati işləri haqqında məlumat vermişdir. Şagirdlərin yaradıcılıq qabiliyyətləri, maraqları, təbiət sahəsində bilikləri və təhsil resursları haqqında müzakirələri dinlənilmişdir. 24 oktyabr BMT-nin yaranması günü ilə əlaqədar olaraq “Ən yaxşı foto” və “Ən yaxşı inşa yazı” müsabiqəsi elan edilmişdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi