"Qayğı üçün yarat" layihəsi

        01.05.2017-ci il tarixdə liseydə Azərbaycan dili və ədəbiyyat müəllimi Tamara Məmmədovanın müəllifi olduğu "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr edilmiş "Qayğı üçün yarat" sərgi və satış layihəsi həyata keçirilmişdir. Sərgidə Gənclər və İdman Nazirliyinin Nərimanov rayon Şöbəsinin rəisi Nəcəf Novruzov, Nərimanov rayon İcra Hakimiyyətinin müavini İradə xanım Mahmudova, Bakı şəhər Təhsil İdarəsi İnkişaf layihələri sektorunun müdiri Anar Qədimalıyev, Bakı şəhər Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Lamiyə xanım Şərəfxanova, Nərimanov rayon ümumtəhsil məktəblərinin direktorları, Türkiyə Dəyanət Vəqfi, Bakı Türk liseyinin müdiri və nümayəndələri, "Ümid Yeri" uşaq sığınacağının rəhbəri Nigar xanım Mənsimova, İstedadlı əlillər ictimai birliyinin sədr müavini Qubad Qasımov, dünya şöhrətli oftalmoloq, professor, şair Paşa Qəlbinur, Hədəf kursları təsisçisi Şamil Sadiq, şair Rövşən Abdullaoğlu, fiziki imkanları məhdud uşaqlar, liseyin şagird, müəllim və valideyn kollektivi iştirak etmişdir. Tədbirdə liseyin direktoru Kəmalə xanım Mirzoyeva, İradə xanım Mahmudova, Nəcəf Novruzov və Qubad Qasımov çıxış etmişlər. Çıxışlardan sonra tədbir bədii hissə ilə davam etmişdir. "Qayğı üçün yarat" layihəsi çərçivəsində fiziki imkanları məhdud olan uşaqların, liseyin şagirdlərinin əl işləri sərgilənərək satışı təşkil edilmişdir. Bu sərgi və satış xeyriyyəçilik məqsədi daşımışdır. Sərgidən əldə olunan vəsait fiziki imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi