5 Oktyabr Beynəlxalq müəllim günü

05.10.2015 - ci il tarixdə liseydə Beynəlxalq müəllim gününə həsr olunmuş təntənəli bayram gecəsi keçirildi. Liseyin şagirdləri öz müəllimlərini heyrətamiz, rəngarəng çıxışları ilə təbrik edərək onlara can sağlığı və şərəfli işlərində uğurlar arzulamışlar. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə xanım bu tədbirdə kollektivdə çalışan müəllimlərə dərs deyən müəllimləri anaraq dünyasını dəyişənlərə ulu tanrıdan rəhmət diləmiş, qalanlara can sağlığı arzuladı.Tədbirin sonunda liseyin direktoru S. Orucova çıxış edərək həmin gün Təhsil Nazirliyi tərəfindən "İlin ən yaxşı məktəbi" müsamiqəsinin layihəsinin qalibi olduğunu zaldakıların nəzərinə çatdırdı. Sevinc xanım öz çıxışında liseyin müəllim kollektivini təbrik etdi və yeni - yeni nailiyyətlər dilədi.