21 sentyabr "Beynəlxalq sülh günüdür"

Bununla əlaqədar olaraq 291 №li Ekologiya liseyində tədbirlər keçirilmişdir. Liseyin tarix, informatika, musiqi, və ibtidai müəllimləri "Sülhə gəlin, ey insanlar" başlığı altında dəyirmi masa, disput və müzakirələr apardılar. Tədbirin sonunda şagirdlər video- çarxa tamaşa etdilər. Daha sonra şagirdlərin rəsm əsərlərinə baxıldı. "Beynəlxalq sülh gününə" həsr olunmuş rəsm müsabiqəsinə öz əsərlərini təqdim etdilər.