Ekologiya liseyi - "Son zəng"

29.05.2015-ci il tarixində Ekologiya Liseyində "Son Zəng" tədbiri keçirilmişdir. Tədbirdə Liseyin direktoru Sevinc Orucova, pedaqoji kollektiv, əvvəlki ilin məzunları, valideynlər və I sinif şagirdləri iştirak etmişdir. Liseyin Direktoru Sevinc xanım məzunları "Son zəng" günü münasibəti ilə təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar və müvəffəqiyyət arzulamışdır. Liseyin Direktoru Sevinc xanım respublikamızda keçiriləcək ilk Avropa Oyunları münasibəti ilə və 28 May Müstəqillik günü münasibəti ilə də tədbir iştirakçılarını təbrik etmişdir. Təbrikə həmçinin direktor müavinləri, sinif rəhbərləri və valideynlər də qoşulmuşdur.Məzunlar da öz növbəsində həyəcanlı, kövrək çıxışlarında illərcə əziyyətlərini çəkmiş, onlara valideyn qayğısı göstərmiş müəllimlərinə təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müəllimlərinin ümidlərini doğruldacaqlarını və onları heç vaxt unutmayacaqlarını vəd etdilər. Tədbir "Məktəb İlləri" mahnısının sədaları altında başa çatmışdır.