"Mənim doğma məktəbim" adlı tədbir keçrilib

    15 sentyabr 2025-ci il tarixdə Azad Hümbətov adına 291 mömrəli Ekologiya liseyində "Bilik günü" nə həsr olunmuş "Mənim doğma məktəbim" adlı tədbir keçrilib.

    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

    Sonra liseyin şəhid məzunu, baş leytenant, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun rəsminin önünə xatirə çələngi qoyulub.

    Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov çıxış edərək məktəbin bütün müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Arif Əsədov keçən tədris ilində liseyin qazandığı yüksək ugurlardan bəhs edib. Liseyə yeni qəbul olunmuş şagirdlərə uğurlar arzu edib.
    Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov çıxış edib. Arif Hümbətov pedoqoji kollektivi təbrik edərək şagirdlərə Azad kimi vətənpərvər, cəsur olmağı arzu edib.
    Sonra N.Nərimanov rayon icra hakimiyyərinin nümayəndəsi Vəfadar Zeynalova söz verilib. Vəfadar Zeynalov liseyin uğurlarına görə kollektivi təbrik edib və uğurlar arzulayıb.

    Şairə Xanım Şahbuzlu isə tədbir iştirakçılarına və xususilə şagirdlərə vətənpərvər olmağı, onlara həmişə vətəni, milləti sevməyi tövsiyyə edib. 
    Tədbirin bədii hissəsində 9b sinif şagirdi Məmmədli Nurayın ifasında "Uzundərə" xalq rəqsi, 7b  sinif şagirdi İsmayıl Vəliyevin ifasında isə "Ey vətən" mahnısı səslənib. Şagirdlərin ifası alqışlarla qarşılanıb.
    Tədbirin sonunda "Bilik günü" nün ilk zəngi səslənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi