Voleybol komandamızı təbrik edirik!

17 aprel 2025-ci il tarixdə Nərimanov rayon məktəbləri arasında keçirilən açıq turnirdə liseyimizin komandası da iştirak edib.
Komandamiz ilk görüşdə məğlub olsa da sonrakı görüsləri yüksək səviyyədə keçirərək üçüncü yerə layiq görülüblər.
Ücüncu yer uğrunda gedən görüş daha gərgin şəraitdə keçib. İlk hissəni 21-25 məğlub olan komandamız ikinci hissədə 25-13 hesabı ilə inamlı qələbə qazanıb və oyunu overtayma daşımağı bacarıb. Overtaymda da rəqibi 15-11 hesabı ilə məğlub edərək üçüncü yerin sahibi olublar.
Komandamızı təbrik edirik, uğurları bol olsun!