“Əgər sən müəllim olsaydın” adlı qrup işi aparılıb

291 nömrəli Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərərfindən 6ç sinfində “Əgər sən müəllim olsaydın” adlı qrup işi aparılıb.
Qrup işinin məqsədi şagirdlərin empatiya və məsuliyyət hissini inkişaf etdirmək, sinif qaydalarına, nizam-intizama fərqli baxış bucağından yanaşmaq, yaradıcı və konstruktiv həll yolları düşünmək bacarığını formalaşdırmaq və müəllim-şagird münasibətlərini müsbət yöndə analiz etmə vərdişini artırmaq olub.
Şagirdlərə “Əgər sən müəllim olsaydın və sinifdə dərsi pozan, səs-küy salan şagird olsaydı, sən necə davranar və necə hiss edərdin?” adlı ssenarı oxunub və ssenariyə öz münasibətlərini göstərmələri tövsiyyə olunub.
Şagirdlər ssenariyə uyğun öz fikir və hisslərini bölüşüblər və həll yolları istiqamətində beyin firtınası üsulu ilə müzakirələr aparılıb.
Sonda şagirdlələrə qarşılıqlı debata təşkil olunub.