“Mənim motivasiya ağacım” adlı qrup işi keçirilib

Psixologiya həftəsi çərçivəsində 291 nömrəli Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 5b sinfində “Mənim motivasiya ağacım” adlı qrup işi keçirilib.
İlk öncə şagirdlərə psixoloji termin olan motivasiyanın məna və məqsədi haqqında məlumat verilib.
Daha sonra isə şagirdlərə rəngli kağızlar paylanılıb və bu sual ilə müraciət olunub. “Əgər super qəhrəman olsaydım, özümə motivasiya vermək üçün nə deyərdim?”.
Şagirdlər sualı bir cümlə və ya sözlə cavablandırıblar. Lövhədə çəkilmiş ağac rəsminin yarpaqlarının yerinə motivasiyalı sözlər yazılmış rəngli kağızlar yapışdırılıb. Bu qrup işi şagirdlərin motivasiyanı praktik anlamaları, estetik zövqlərinin və yaradıcı qabiliyyətlərinin aşkarlanması və inkişafı baxımdan çox məqsədəuyğun idi.
Daha sonra şagirdlər A4 kağızında öz motivasiya ağaclarını yaradıblar və sonda şagirdlər qrup halında rəngarəng şəkillər çəkdiriblər.