Dərnək rəhbərləri ilə görüş keçirilib

Liseyimizdə UGİM (Uşaq Gənclər İnkişaf Mərkəzləri) tərəfindən təşkil edilmiş 6 dərnək fəaliyyət göstərir. Dərnəklər şagirdlərin maraq dairələrini əhatə edir.
Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədov dərnək rəhbərləri ilə birgə məşğələlərin keyfiyyəti, şagirdlərimizin məmnunluğu və s. mövzularda müzakirələr aparıb.
Sonda dərnək rəhbərləri indiyə kimi görülən işlər və tədris ilinin sonuna kimi planlaşdırılan işlər haqqında lisey rəhbərliyinə məlumat veriblər.