“Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu ” mövzusunda seminar keçirilib

    11 aprel 2025-cü il tarixdə liseyin həkimi Leyla Nuriyeva və tibb bacısı Könül Əhmədova liseyin şagirdləri arasında “Xəstəliklərin erkən aşkarlanmasında dispanserizasiyanın rolu” mövzusunda seminar keçirilib.

    Seminarda 7-ci sinif şagirdləri iştirak ediblər. Seminarda müzakirə olunan mövzular aşağıdakılar olub.

    Uşaqların dispanserizasiyası - uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Müasir tibbin məqsədi  xəstəlik əmələ gəlməmişdən  əvvəl qabaqlayıcı tədbirlər görərək  xəstəliyin yaranmasının qarşısını almaqdır. Ona görə də şikayət olmasa belə  hər bir insan müəyyən fasilələrlə (əgər risk qrupuna aiddirsə daha qısa fasilələrlə) dispanser müşahidədən keçməlidir.

    Qeyri-infeksion xəstəliklər (QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Bu xəstəliklər qrupunda 4 əsas patologiya üstünlük təşkil edir:

    1. ürək-damar xəstəlikləri 2. onkoloji xəstəliklər 3. xronik obstruktiv ağciyər xəstəlikləri 4. şəkərli diabet.

    Tütündən istifadə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi ümumi risk faktorları nəticəsində yaranan QİX əksər ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtından əvvəl ölümlərin əsas səbəbidir.

    Azərbaycanda QİX-lə bağlı aparılan araşdırmaların nəticələri göstərir ki, QİX hallarının böyük əksəriyyətinin baş verməsi tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlıdır.  Kişilər arasında tütünçəkmə və spirtli içkilərdən istifadə etmə, qadınlar arasında isə artıq çəki problemi üstünlük təşkil edir.

    Görüşün keçirilməsində məqsəd uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunun azadılmasıdır. Görüş zamanı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə- sağlamlaşdırıcı tədbirlərin görülməsi haqqında söhbət aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi