11-ci sinif üzrə nəticələr təhlil edilib

Liseyimizin 2025-ci il DİM buraxılış imtahanlarının 11-ci sinif üzrə nəticələri təhlil edilib.
Məktəbin inkişafının təməlində təlim və tərbiyə prosesinin düzgün qurulması dayanır. Bunun müəyyən hissəsini də tətbiq edilən qiymətləndirmə alətlərinin etibarlılığı və validliyi təşkil edir.
İndi isə, liseyimizin builki nəticələrinin qısa təsviri və şərhi:
1.64 nəfər şagirdimizin 45 nəfəri 200-baldan, 26 nəfəri 250 baldan, 3 nəfəri 290 baldan yuxarı nəticə göstərib.
2.Ən yüksək bal 295 baldır.
3.Orta bal 222 baldır.
4.Görünən budur ki, məktəbdaxili qiymətləndirmədə nə qədər çalışsaq da, müəyyən nöqsanlarınız qalmaqdadır.
5.Şagirdlərimizin nəticələri IX siniflə müqayisədə 2 il müddətində ümumi olaraq artıb.
Obyektiv və düzgün qiymətləndirməyə görə DİM rəhbərliyinə, bu qurumun peşəkar komandasına şəxsim və liseyimizin pedaqoji kollektivi adından təşəkkür edirik. Əlavə edirik ki, bu il imtahanlarda istifadə edilən tapşırıqlar məktəbdə tədris edilən, şagirdlərdə 1-ci sinifdən formalaşdırılmağa başlamış bacarıqlara, standartlara uyğun idi.