DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilib
16 yanvar 2025-ci il tarixdə Bakı şəhər Nərimanov rayonu 291 nömrəli Ekologiya liseyində DİN Polis Akademiyasının nümayəndəsi polis leytenantı Elgün Rəhimlinin iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilib.
Görüşdə şagirdlərə Polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilib.
Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilib.