Qələbə - 70 illik

14.05.2015-ci il tarixində liseydə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq "Sülhə gəlin, ey insanlar..." adlı daha bir tədbir keçirildi. Tədbirdə odlu-alovlu müharibə illəri video-çarxda əks etdirildikdən sonra, şagirdlərin özünəməxsus tərzdə ifa etdikləri şeir və mahnılar xüsusi diqqət çəkirdi. Tədbirdə "Uzaq sahillərdə" filmindən səhnələşdirilmiş bir hissə zaldakıların gurultulu alqışına səbəb oldu.Tədbirin sonunda Bakı neftinin Qələbənin əldə edilməsində böyük rolu olduğu da özünəməxsus yer aldı.Tədbir öz rəngarəngliyi ilə həm müəllimlərin, həm də şagirdlərin könlünü oxşadı.