BilBacar müsabiqəsi davam edir

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BilBacar müsabiqəsinə start verilib. Müsabiqə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII, IX və X sinif şagirdlərini əhatə edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.
Müsabiqə çərçivəsində VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqları həyatda tətbiq etmə qabiliyyətinin artırılması hədəflənir.
Müsabiqə çərçivəsində şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər. İştirakçılar, nəticələrinə əsasən 7 liqadan birində qərarlaşacaq. “Hazırlıq” bölməsində “Yarış”a hazırlaşaraq və “Yarış” bölməsində yarışaraq bal qazana bilərlər.
Liseyimizin riyaziyyat müəllimi Əfsanə Əhmədova liseyimiz üzrə BilBacar müsabiqəsinin koordinatorudur.