“Bullinq nədir?” mövzusu ətrafında maarifləndirici söhbət aparılıb
Dünən liseyin psixoloqu İradə Cəfərzadə tərəfindən 8b sinfində “Bullinq nədir?” mövzusu ətrafında maarifləndirici söhbət aparılıb.
Şagirdlərlə görüş zamanı onlara bullinqin nə olduğu, növləri və psixoloji təsirləri haqqında məlumat verilib. Son zamanlar uşaqlar arasında bu hal geniş yayıldığı üçün bu mövzuda psixoloji maarifləndirmə çox vacibdir. Bəzən şagirdlər məlumatlı olsalar da, amma yanlış mənbələrdən və yanlış şəkildə məlumat alırlar.
Görüş zamanı şagirdlərin həm sualları cavablandırılıb, həm də məlumatlı olduqları hissələr dinlənlənilib və yanlış bildikləri hissələr düzgün şəkildə şagirdlərə çatdırılıb.