”Burdon diqqət testi“ keçirilib

Liseyinin psixoloqu İradə Cəfərzadə fəaliyyət planına uyğun olaraq 5ç sinfində ”Burdon diqqət testi“ keçirib.
Burdon diqqət testi diqqətin paylanması, cəmlənməsi və davamlılığını ölçmək üçün istifadə olunan psixoloji testlərdən biridir. Testin keçirilmə müddəti şagirdin yaşından aslı olaraq 10-15 dəqiqə ərzində keçirilir.
Testin keçirilməsində məqsəd diqqətin keyfiyyəti və intensivliyini qiymətləndirmək, görmə qabiliyyətinin sürətini və dəqiqliyini ölçmək və yadda saxlama qabiliyyətini təyin etmək olub.