Bu gün Prezident Cənab İlham Əliyevin doğum günüdür

24 dekabr - Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin doğum günüdür.
İlham Əliyev 63 yaşını ərazi bütövlüyü təmin olunan ölkənin, qalib xalqın Prezidenti kimi qeyd edir. İllər boyu yorulmadan fəal və təsirli iş aparan dövlət başçısı xalqımızı öz ətrafında yumruq kimi birləşdirdi. Ali Baş Komandan Qarabağ Zəfəri ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı.
Təhsil Prezidentin diqqət yetirdiyi ən vacib sahələrdən biridir. Azərbaycan təhsilinin inkişafında göstərdiyi xidmətlər onun yalnız rəhbərliyinin strategiyasını deyil, həm də şəxsi təcrübəsini və təhsilə olan baxışını da əks etdirir. Təhsili gələcəyimiz adlandıran İlham Əliyev cəmiyyətin və dövlətin marağında olan təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verir. Təhsilin inkişafı naminə ciddi problemlərin həllinə yönələn tədbirlər həyata keçirir.
“Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı büdcədə təhsil xərcləri birinci yerdə olacaqdı”.
Bizi Qarabağımıza qovuşduran Ali Baş Komandanımızı doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!