“Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri” adlı Respublika müsabiqəsinin final və mükafatlarma mərasimi keçirilib

    20 dekabr 2024-cü il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “Molla Nəsrəddinin əfsanəvi müdrik dərsləri” adlı Respublika müsabiqəsinin final və mükafatlandırma mərasimi baş tutub.

    10-16 yaş şagirdlər arasında keçirilən müsabiqənin məqsədi Molla Nəsrəddin lətifələrinin qeyri-maddi mədəni irsimizin hikmətli və yumoristik təhlil nümunəsi kimi tanıdılması, zəmanəsinin filosofu və müdrik şəxsiyyəti olan Molla Nəsrəddin hikmətinin bir miras kimi gələcək nəsillərə ötürülməsi, uşaqların yumor anlayışlarının, həmçinin Mollanın obrazının yaradılmasında şagirdlərin düşünmə və yaradıcılıq qabilliyyətinin, aktyor ifaçılığı bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi olub.

    Tədbirin rəsmi açılışından sonra salamlama nitqi ilə çıxış edən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, müsabiqənin bizim zəngin mədəni irsimizin, xüsusilə də Molla Nəsrəddinin, gənc nəslə tanıdılması və onlara bu müdrik şəxsiyyətin həyat və düşüncə tərzindən ilham alması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

    Final və mükafatlandırma mərasimində qonaq və münsif qismində UNESCO üzrə Azərbaycan Respublikasının Milli komissiyasının ikinci katibi Mustafa Şabanov, Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Rəyasətində elmi katib Hikmət Quliyev, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova, Azərbaycan Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev, Akademik Milli Dram Teatrın aktyoru, Prezident mükafatçısı Ramin Şıxəliyev, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti İqrar Salamov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Cəmil Piriyev və Azərbaycan Respublikasının əməkdar artisti, naşir Bəhram Bağırzadə iştirak ediblər.

    Hər nominasiya üzrə ("Mollanın ən yaxşı zarafatı, yumorla improvizasiyası", "Tarixin yaradıcı yenilənməsi", "Mollanın sərgüzəştləri", "Mollanın yaradıcı rəsmi") I, II və III yerin qalibləri müəyyənləşərək, onlara diplom və mükafatlar, fəal olduqlarına görə digər iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib, Bəhram Bağırzadənin müəllifi olduğu “Azərbaycan uşaqlar üçün” imzalı kitabları müsabiqə iştirakçılarına hədiyyə edilib.

    Şagirdlərimiz bu festivalda iştirak edib, respublika üzrə 3-cü, Bakı üzrə 1-ci yeri tutublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi