Üzeyir Hacıbəyov adına ev-muzeyi ziyarət olunub

   Liseyin 6c sinif şagirdləri sinif rəhbərləri Gülbəniz Muxtarova və bir neçə valideynin iştirakı ilə Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət ediblər.

    Üzeyir Hacıbəyov adına ev-muzeyi Azərbaycanın Bakı şəhərində yerləşir. Bu muzey görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunub. Muzey 1959-cu ildə açılıb və Ü.Hacıbəyovun 1915-1940-cı illərdə yaşadığı evdə yerləşir.

    Muzeydə Üzeyir Hacıbəyovun şəxsi əşyaları, sənədləri, əlyazmaları, fotoşəkilləri və bəstəkarın yaradıcılığına aid müxtəlif materiallar sərgilənir. Burada həmçinin bəstəkarın məşhur əsərləri, o cümlədən ilk Azərbaycan operası olan “Leyli və Məcnun” və digər musiqi inciləri haqqında məlumat almaq mümkündür. Muzeyə edilən səfər uşaqlara və böyüklərə Azərbaycan musiqi mədəniyyəti və tarixini yaxından tanımaq imkanı verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi