Sevinc və qürur hissi ilə sevincimizi bölürük
BŞTİ, Ali Məhkəmə və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı İctimai Birliyinin ("ELSA Azərbaycan”) təşkilatçılığı ilə oktyabr ayından davam edən növbəti "Gənc Hüquq Müdafiəçiləri” müsabiqəsinin I yerinin qalib komandası 291 nömrəli Ekologiya liseyinin şagirdi Müjgan Bəşirzadə və 193 nömrəli tam orta məktəbin şagirdi Zəhra Hacıyevanın "Dövlət İttihamçısı" komandası oldu. Gərgin hazırlıq, ciddi yanaşma və mübarizə əzmi sonunda nəticəsini verdi.
Hər iki qalibimizi təbrik edirik!