"Qədim Naxçıvan" adlı dəyirmi masa keçirilib
16 dekabr 2024-cü il tarixdə liseyimizin tarix müəllimi Arzu Bayramovanın təşəbbüsü ilə 9ç sinif şagirdləri ilə "Qədim Naxçıvan" adlı dəyirmi masa keçirilib.
Tədbir Naxçıvanın 100 illik tarixi ilə bağlı şagirdləri məlumatlandırmaq, vətənimizin bu qədim ənənələr və dəyərlər məskəni olan ayrılmaz parçası haqqında onların baxış bucağını genişləndirmək məqsədi daşıyıb.
Şagirdlər Naxçıvanın zəngin tarixi, mədəniyyəti və onun Azərbaycan üçün əhəmiyyəti haqqında geniş məlumatlar veriblər. Tədbirdə şagirdlər hazırladıqları referat təqdimatları səsləndirib,orada qeyd etdikləri məlumatları fikir mübadiləsi formasında təşkil ediblər. Naxçıvanın abidələri haqqında, Naxçıvanlı görkəmli şəxslər haqqında məlumatlar müzakirə olunub.
Bu cür tədbirlər şagirdlərdə tarixi bilikləri artırmaqlar yanaşı, onlarda milli şüurun inkişafına da töhfə verir.