Liseydə ana dili və ədəbiyyatı aylığı
Ənənəvi olaraq 291№-li Ekologiya liseyində fənn aylıqları davam edir. Fevral ayının 16-dan fizika-biologiya aylığı öz yerini Azərbaycan dili və ədəbiyyatı aylığına vermişdir.Liseyin ana dili və ədəbiyyatı müəllimləri Azərbaycanın şair və yazıçılarının yaradıcılıqlarını əks etdirən sərgilər, fotostendlər, layihələrlə liseyin tədris həyatını işıqlandırmış, şagirdlərin yaradıcılıq işləri sinif və dəhlizlərdə asılmışdır.Abbasova Gülbahar Azərbaycan dili fənnindən 01.03.2017-ci ildə "Qəhrəmandır Azərbaycan" adlı açıq dərs, Salehova Yaqut Azərbaycan dili fənnindən 03.03.2017-ci ildə "Opera teatrı" mətni üzrə iş, Məmmədova Tamara Ədəbiyyat fənnindən 10.03.2017-ci ildə C.Novruzov "Mən bizim anaları Günəşlə tən tuturam" , "Ana rəhmi əfsanəsi" əsərlərinin təhlili, Budaqova Cəmilə və Məmmədova Tamara Azərbaycan dili fənnindən 13.03.2017-ci ildə "Bilik yarışması", Ağacanova Şəlalə Azərbaycan dili fənnindən 13.03.2017-ci ildə "Ürək xatirələri" mətni üzərində iş aparmışlar. Əliyeva Əzimə isə Azərbaycan dili fənnindən 16.03.2017-ci ildə "Mürəkkəb isimlər və onların yazılışı" adlı açıq dərs keçirəcəkdir. Ana dili və ədəbiyyatı aylığı Növruza həsr olunmuş tədbirlə öz işini başa çatdıracaqdır.